Gürcüstanın baş naziri İordaniya Haşimilər Krallığına səfər edəcək
Gürcüstanın baş naziri İordaniya Haşimilər Krallığına səfər edəcək

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili mayın 28-29-da nümayəndə heyəti ilə birlikdə İordaniya Haşimilər Krallığına səfər edəcək.

Hökumət administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində baş nazir Şahzadə Qazi ilə birlikdə Xilaskarın İordaniya çayı yaxınlığında vəftiz olunduğu yerdə Gürcüstana torpaqların verilməsinin rəsmi mərasimində iştirak edəcək. Gürcüstanın Katolikos-Patriarxı İkinci İlyanın xeyir-duası ilə dörd min kvadratmetr ərazini əhatə edən ərazidə gürcü mədəniyyət mərkəzi tikiləcək.

Səfər çərçivəsində baş nazir İordaniya Haşimilər Krallığının yüksək vəzifəli şəxsləri ilə də yüksək səviyyəli görüşlər keçirəcək.