Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Gürcüstan-Avropa İttifaqı Asosiyasiya şuranın iclasında iştirak edəcək
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökümət heyyəti ilə bərabər, fevralın 5-də Brüsseldə, Gürcüstan-Avropa İttifaqının asosiasiya şurasının iclasında iştirak edəcək.
İqtidar administrasiyasının məlumatına görə, şuranın sayca dördüncü müzakirəsində Gürcüstan-Avropa İttifaqının asosiasiya razılaşması və çox sahəyi əhatə edən ticarət məkanı haqqında razılaşmanın implementasiyası baxımından nail olunan tərəqqi müzakirə olunacaq.
Plenar iclasdan sonra, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Aİ-nin Xarici Təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini ilə birgə mətbuat konfransı keçirəcək.