Gürcüstanın Baş naziri Estoniyanın səfiri ilə görüşüb
Gürcüstanın Baş naziri Estoniyanın səfiri ilə görüşüb

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Estoniyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Riina Kaliurand ilə görüşüb.

Baş nazirin mətbuat xidməti, görüşdə iki ölkə arasında uzunmüddətli əlaqələrin və tərəfdaşlığın daha da dərinləşdirilməsi perspektivlərinin müzakirə edildiyinə dair məlumat verir. İqtisadiyyat və investisiyalar sahələrində əməkdaşlığın aktivləşdirilməsinə toxunulub.

Diplomat hökumət başçısına Estoniyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü, eləcə də Avropa və Avro-Atlantik inteqrasiyanı dəstəklədiyini təsdiqləyib.