Gürcüstanın Baş naziri Ermənistan Respublikasının Baş naziri ilə görüşüb
Gürcüstanın Baş naziri Ermənistan Respublikasının Baş naziri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, görüşdə Gürcüstan və Ermənistan arasında mövcud münasibətlərə, gələcək əməkdaşlığın perspektivlərinə toxunulub. “Tbilisi İpək Yolu Forumu”nun əhəmiyyətinə diqqət çəkilib.

Qeyd olunub ki, forumda aparılan müzakirələr gələcəkdə daha da dərin əməkdaşlıq üçün möhkəm zəmin yaradacaq. Regional əməkdaşlıq məsələləri müzakirə edilib; Regionda sülh və sabitliyin dəstəklənməsinin zəruriliyi vurğulanıb; Söhbətdə iqtisadi sahədə əməkdaşlıq məsələlərinə toxunulub; Ölkələr arasında sıx ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan “Tbilisi İpək Yolu Forumu” çərçivəsində Gürcüstandadır.