Gürcüstanın Baş naziri bazar ertəsi yeni səhiyyə nazirinin adını açıqlayacaq
Gürcüstanın Baş naziri bazar ertəsi yeni səhiyyə nazirinin adını açıqlayacaq

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bazar ertəsi hökumətin iclasında Gürcüstanın yeni səhiyyə nazirinin adını açıqlayacaq. Bu barədə jurnalistlərə parlament çoxluğunun lideri Mamuka Mdinaradze açıqlayıb.

Mdinaradze bildirib ki, baş nazir artıq məsələ ilə bağlı qərar qəbul edib.

“Baş nazir səhiyyə naziri ilə bağlı qərar qəbul edib, bu barədə danışmayacağam və danışa da bilmərəm, çünki bu, hökumət başçısının səlahiyyətindədir. O, partiya daxilində bir çox insanla, o cümlədən bizimlə məsləhətləşdi. Bir neçə çox layiqli insan arasında seçim edildi və qərar verdi. Bildiyimə görə, o, qərarını bazar ertəsi hökumətin iclasında elan edəcək”- deyə Mamuka Mdinaradze açıqlayıb.

Xatırladaq ki, Zurab Azaraşvili martın 1-də istefa verib. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin izah etdiyi kimi, tibb ictimaiyyətində səhiyyə naziri ilə ünsiyyət baxımından narazılıq olub. İrakli Kobaxidze buna nümunə olaraq Respublika Xəstəxanası ilə bağlı baş verənləri göstərib.