Gürcüstanın baş naziri Bakurianidə Didveli gölünə və nasos stansiyasına baş çəkdi
Gürcüstanın Baş naziri, İrakli Ğaribaşvili baş nazirin müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri, Levan Davitaşvili və hökumət administrasiyasının bölgə əlaqələr departamentinin rəhbəri, Leri Barnabişvili ilə birlikdə Bakurianidə, Didveli gölünə və nasos stansiyası baxış keçirdi.
Hökumət başçısı fristayl, snoubord və friski üzrə dünya çempionatları üçün nəzərdə tutulmuş süni qarqurma sistemi və süni su anbarları ilə tanış oldu və xüsusi olaraq çempionat üçün təşkil olunmuş infrastruktur barəsində məlumat dinlədi.
16 fevraldan 5 mart daxil olmaqla, Beynəlxalq Xizək Federasiyasının (FIS) himayəsi altında Bakurianidə dünya çempionatı keçiriləcək, harada da 42 ölkənin, o cümlədən Avstriya, İsveçrə, Fransa, Almaniya, İtaliya, Hollandiya, Avstraliya, Çin, Yaponiya, Kanada, Amerika Birləşmiş Ştatları və digər ölkələri təmsil edən 700-ə yaxın idmançı yarışacaq. Dünya çempionatında 30 qədər yarış yeddi növ üzrə keçirləcək.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.