Gürcüstanın baş naziri Azərbaycanın mədəniyyət naziri ilə görüşdü
Gürcüstanın baş naziri Azərbaycanın mədəniyyət naziri ilə görüşdü

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşdü.

Hökumət Administrasiyasında keçirilən görüşdə bölgədəki mövcud vəziyyət müzakirə edildi. Baş nazir Anar Kərimova Azərbaycanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə təşəkkür etdi və öz növbəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqlədi.

Görüşdə Gürcüstan baş nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma vurğulanıb.

Nazir Kərimov uğurlu vasitəçiliyə görə İrakli Ğaribaşviliyə təşəkkür etdi, mediasiya nəticəsində 15 Ermənistan vətəndaşı sərbəst buraxıldı və minalanmış ərazilərin xəritələri Azərbaycan tərəfinə təhvil verildi.

Hökümət başçısı bölgədəki münaqişələrin sülh yolu ilə həllinə yönəlmiş dialoq prosesini təşviq etmək üçün vasitəçi rolunu oynamağa davam etməyə hazır olduğunu bir daha təsdiqlədi. Söhbət zamanı mədəniyyət sahəsində ikitərəfli əlaqələrin inkişafına da toxunuldu.

Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni İrs Abidələrinin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin rəhbəri Azad Cəfərli və Gürcüstan tərəfindən isə Mədəniyyət, İdman və Gəncləri naziri Tea Tsulukiani iştirak edib.

Məlumatı Baş nazirin mətbuat xidməti yayır.