Gürcüstanın  Avroviziya 2023-ün  təmsilçisi İru Xeçanov  Gürcüstan nümayəndə heyəti ilə birlikdə Liverpula sabah yola düşəcək
Gürcüstanın Avroviziya 2023-ün təmsilçisi İru Xeçanov  Gürcüstan nümayəndə heyəti ilə birlikdə Liverpula sabah yola düşəcək

Avroviziya 2023-ün Gürcüstandan olan iştirakçısı İru Xeçanov sabah Gürcüstan nümayəndə heyəti ilə birlikdə Liverpula yola düşəcək.

İctimai Yayımçının komandası bu gün onun üçün təntənəli yola salma mərasimi təşkil edib.

“Gürcüstan nümayəndə heyəti Avroviziyaya gedir. Bildiyiniz kimi, bir neçə gündən sonra  Avroviziya 2023-ün yarımfinal mərhələsidir. Sonra isə biz çox ümid edirik, müğənnimizi finalda da görəcəyik. Bunu deməyə, hazırda əlimizdə olan ilkin məlumatlar əsas verir. “Voice”in qalibi İru Xeçanov bu il Gürcüstanı Avroviziyada təmsil edəcək. Biz bu gün onu yola salmaq üçün toplaşmışıq”, – Gürcüstanın Birinci Kanalının media direktoru Rusudan Mancqaladze bildirib.

Bundan əlavə, Gürcüstanın  Avroviziya 2023  təmsilçisi İru Xeçanovun sözlərinə görə, o, tamaşaçılara söz verir ki, Gürcüstan üçün uğur qazanmaq uğrunda hər şeyi edəcək.

“Tamaşaçılar səhnədə çox güclü, emosional və güclü İru görəcəklər. Söz verirəm ki, Gürcüstana hər cür uğur gətirmək üçün əlimdən gələni edəcəyəm”, – İru Xeçanov bildirib.

İru Xeçanov mayın 2-də ilk məşqini keçəcək. Mayın 11-də o, Avroviziyanın ikinci yarımfinal mərhələsində mahnı oxuyacaq.  Avroviziya 2023-ün finalı mayın 13-də keçiriləcək və canlı yayımı Gürcüstanın Birinci Kanalı təqdim edəcək.