Gürcüstanın Avropa Şurası Konqresindəki nümayəndə heyətinin rəhbəri Kaxa Kaladze və Moldova Özünüidarələr Konqresinin prezidenti Tatyana Badan Kiyev merinə müraciət göndərir
Gürcüstanın Avropa Şurası Konqresindəki nümayəndə heyətinin rəhbəri, Tbilisi meri, Gürcüstanın Yerli Özünüidarələr Milli Assosiasiyasının (NALAG) prezidenti Kaxa Kaladze və Moldova Yerli Özünüidarələr Konqresinin (CALM) prezidenti, Selmet meri Tatyana Badan Kiyev meri, Ukrayna Şəhərlər Assosiasiyasının prezidenti Vitali Kliçkoya müraciət göndərir-məlumatı Gürcüstanın Yerli Özünüidarələr Milli Assosiasiyası yayır.
“Cənab mer , biz Gürcüstan və Moldovadan olan merlər, Ukrayna və bütün Avropa üçün bu ağır zamanda sizin yanınızdayıq. Sevimli şəhərimiz Kiyevin və Ukraynanın digər şəhərlərinin ağır bombardman edilməsini əks etdirən kadrları görəndə kədərlənir və şoka düşürük.
Ölkələrimizin bütün vətəndaşları günahsız vətəndaşlarınızın başına gələn faciəyə görə kədərlənir və bu dəhşətli müharibənin qurbanlarına həmrəyliklərini ifadə edirlər.
Bu cür qeyri-insani hərəkətlər 21-ci əsr Avropasında qəbuledilməzdir.
Cənab mer, sizin cəsur rəhbərliyiniz və Ukrayna xalqının qəhrəmanlığı bizdə böyük təəssürat yaratdı. Biz inanırıq ki, Ukrayna azadlıq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədə möhkəm dayanır. Biz Gürcüstan və Moldovadan olan yerli siyasi liderlər Rusiya Federasiyasını atəşi dayandırmağa, qoşunları Ukraynanın suveren ərazisindən müharibə yolu ilə deyil, danışıqlar yolu ilə çıxarmağa, problemləri həll etməyə çağırırıq.
Biz fikirlərimiz, qəlb və dualarımızla sizinlə və ukraynalı həmkarlarımızla birlikdəyik” – deyə Kaxa Kaladze və Tatyana Badanın imzaladığı məktubda deyilir.