Gürcüstanın Avropa İttifaqına İnteqrasiya Komissiyasının iclasında Gürcüstanın Avropa İttifaqına inteqrasiyası üzrə 2024-cü il üçün fəaliyyət planı təsdiq edilib
Gürcüstanın Avropa İttifaqına İnteqrasiya Komissiyasının iclasında Gürcüstanın Avropa İttifaqına inteqrasiyası üzrə 2024-cü il üçün fəaliyyət planı təsdiq edilib

 
Gürcüstanın Avropa İttifaqına İnteqrasiya Komissiyasının 71-ci iclasında Gürcüstanın Avropa İttifaqına inteqrasiyası üzrə 2024-cü il üçün fəaliyyət planı təsdiq edilib. İclas baş nazir İrakli Kobaxidzenin rəhbərliyi altında keçirilib. Fəaliyyət planı bütün qurumların iştirakı ilə işlənib və assosiasiya sazişində nəzərdə tutulan bütün istiqamətləri əhatə edir.

İclasda həmçinin Gürcüstanın Avropa İttifaqına inteqrasiyası üzrə 2023-cü il üçün fəaliyyət planının icrasına dair illik hesabat dinlənilib.

Qeyd olunan məsələlər üzrə məruzəçilər Gürcüstanın xarici işlər nazirinin müavini Teimuraz Cancalia və vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili olub.

İclasda dərin və hərtərəfli azad ticarət məkanı prinsipləri əsasında Avropanın vahid bazarına inteqrasiyanın perspektivləri müzakirə edilib.

Baş nazir qeyd edib ki, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası hökumətin ən mühüm prioritetlərindən biridir və Gürcüstan hökumətinin yaxın gələcəkdə məqsədi Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaqdır.

İclasda həmçinin Avropa Şurası tərəfindən müəyyən edilmiş doqquz prioritetdən ibarət fəaliyyət planı, Gürcüstanın Vahid Avro Ödəniş Zonasına (SEPA) üzvlüyü ilə bağlı yeni tələblər və Avropa İttifaqı ilə hüquqi yaxınlaşma prosesinin planlaşdırılması, həyata keçirilməsi və monitorinqi üçün zəruri olan effektiv tədbirlər müzakirə edilib.

Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayır.