Gürcüstanın Avropa İttifaqına İnteqrasiya Komissiyasının 68-ci sessiyasında deoliqarxizasiya üzrə fəaliyyət planı qəbul edilib
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Gürcüstanın Avropa İttifaqına İnteqrasiya Komissiyasının 68-ci sessiyası keçirilib.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, hökumət administrasiyasında keçirilən iclasda komissiyanın üzvləri Gürcüstanın siyasi, iqtisadi və ictimai həyatında maraqların həddən artıq təsirinin qarşısının alınmasını müzakirə ediblər. Venesiya Komissiyası və Avropa İttifaqının tövsiyələri əsasında hazırlanmış deoliqarxizasiya üzrə fəaliyyət planı qəbul edilib.
“Sənəd müvafiq qanunvericilik dəyişikliklərinin qəbulu üçün konkret müddətlərin yazıldığı sistemli yanaşma ilə həyata keçiriləcək dəyişikliklər paketini əhatə edir.
Sənədə korrupsiyaya qarşı mübarizə və inhisarçılığa qarşı mübarizə istiqamətləri, çirkli pulların yuyulması və media plüralizmi məsələləri, habelə ədalət mühakiməsində həyata keçiriləcək tədbirlər də daxil olmaqla yeddi müxtəlif istiqamət daxildir.
Sənədi qəbul etdikdən sonra Gürcüstan Xarici İşlər Nazirliyinə avropalı tərəfdaşlarla əlavə məsləhətləşmələri davam etdirmək tövsiyə olunub.
Hökumət sənədi qəbul etdikdən sonra iş prosesi Gürcüstan parlamentinə keçəcək”- baş nazirin mətbuat xidməti açıqlayıb.