Gürcüstanın Almaniyadaki Səfirliyi Alman telekanalı tərəfindən Abxaziya haqqında yanlış məlumatlı süjet hazırlandığına görə, kanala məktub göndərib
Gürcüstanın Almaniyadaki Səfirliyi Alman telekanalı tərəfindən Abxaziya haqqında yanlış məlumatlı süjet hazırlandığına görə, kanala məktub göndərib.
“Bildirmək istəyirik ki, Gürcüstan Səfirliyi Almaniya Federal Respublikasında, iyulun 21-də Almaniya İctimai Yayımçısının Birinci Kanalında yayımlanan “Abxaziya – kəndirlə Sovet İttifaqı quyusuna düşüş” adlı süjetdə tarixi faktların yanlış şəkildə göstərildiyinə reaksiya bildirib.
Məktubda bildirilib ki, süjetdə müəyyən səhvlərə yol verilib və Abxaziyada mövcud olan vəziyyət doğru şəkildə göstərilməyib.
Gürcüstan səfirliyi Aıman medyasında Gürcüstan haqqında yayılan məlumata diqqət edir və gərəkdiyi hallarda müvafiq reaksiya verir” – deyilir bəyanatda.
Almaniyanın İctimai Yayımçısının Birinci Kanalında yayımlanan süjetlə bağlı məlumat ilk öncə, sosiyal şəbəkədə yayıldı.
Gürcüstan səfirliyi, belə hallara diqqət etdikləri üçün vətəndaşlara təşəkkür etdi.