Gürcüstanın Almaniyadaki səfiri vəzifəsində Elquca Xokrişvili təyin edildi
Gürcüstanın Almaniyadaki səfiri vəzifəsində Elquca Xokrişvili təyin edildi

Gürcüstanın Xarici İşlər Nazirliyi, Gürcüstanın Almaniyadaki səfiri vəzifəsinə Elquca Xokrişvilinin namizədliyini təqdim etdi.

Xokrişvilinin Almaniyaya səfir təyin olunması barədə sərəncamı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili artıq imzalayıb.

Bugün isə, Xokrişviliyi Gürcüstan prezidenti qəbul edəcək.

Elquca Xokrişvili 2014-2015-cü illərdə Gürcüstanın nazirlər kabinetinin üzvü olub və öncə Regional inkişaf və İnfrastruktura naziri, sonra isə, Ətraf Mühitin qorunması naziri olub.

Onun Almaniyada böyük fəaliyyət təcrübəsi var və Almaniya iqtidarının müxtəlif layihələrində mütəxəssis kimi iştirak edib.

Elquca Xokrişviliyə qədər, Gürcüstanın Almaniyadaki səfiri Lado Çanturia idi.