Gürcüstanın ABŞ-dakı Səfirliyi Gürcüstanın Müstəqillik Günü və ikitərəfli diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd edən tədbirə ev sahibliyi edib
Gürcüstanın ABŞ-dakı Səfirliyi Gürcüstanın Müstəqillik Günü və ikitərəfli diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd edən tədbirə ev sahibliyi edib. Tədbirlə bağlı məlumatı Gürcüstanın ABŞ-dakı səfiri Davit Zalkaliani yayır.
Məlumata əsasən, Gürcüstan səfiri Davit Zalkaliani, ABŞ dövlət katibinin müavini Karen Donfrid, müdafiə nazirinin müşavirinin köməkçisi Lora Kuper və senator Qeri Piters ziyafət axşamının qonaqları qarşısında çıxış ediblər. Tədbirin aparıcısı Gürcüstanın ABŞ-dakı missiya rəhbəri Qiorqi Tsikolia olub. Gecədə gürcü mədəniyyətini təqdim etmək üçün Şvidkatsa ansamblı Gürcüstan, ABŞ və Avropa İttifaqının himnlərini, Ukraynaya dəstək ifadə edən xalq mahnısını və “Mravaljamieri”ni ifa edib. Şvidkatsa ansamblını dəstəklədiyi üçün gürcü biznesmen Dimitri Abduşelişviliyə təşəkkür edirik. Dəvət olunmuş natiqlər Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edərək, Gürcüstanın müstəqillik uğrunda uzun illər mübarizə apardığını, bugünkü azadlığı gücləndirmək üçün Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsinin zəruriliyini vurğulayıblar.
Tədbirdə ABŞ-ın dövlət qurumlarından, Konqres, QHT və analitik təşkilatlardan, diaspor təşkilatları, eləcə də diplomatik korpus, müdafiə, biznes və media sahəsindən 500-ə yaxın dəvət olunmuş qonaq iştirak edib.
Tədbirdə Dövlət Şərab Agentliyinin dəstəyi ilə gürcü şərabının stendi vasitəsilə Gürcüstan, qədim şərabçılıq sivilizasiyası olaraq təbliğ edilib.
Gürcüstanın İnnovasiyalar və Texnologiyalar Agentliyinin (GITA) dəstəyi ilə ABŞ-Gürcüstan ikitərəfli münasibətlərinin 30-cu ildönümünü qeyd edən unikal rəqəmsal nişan – Non-Fungible Token (NFT) yaradılıb və ziyafət axşamında lotereya formatında oynanılıb və qalibə təqdim edilib.