Gürcüstanı Uşaq Avroviziyasında təmsil edən Anastasiya və "Ranina" bu gün Nitsada, Palais Nikaia səhnəsində çıxış edəcəklər
Gürcüstanı Uşaq Avroviziyasında təmsil edən Anastasiya və "Ranina" bu gün Nitsada, Palais Nikaia səhnəsində çıxış edəcəklər

Gürcüstanın Junior Eurovision Mahnı Müsabiqəsində təmsilçiləri Anastasiya və “Ranina” bu gün Fransanın Nitsa şəhərindəki Palais Nikaia səhnəsində oxuyacaqlar.

Uşaq Avroviziya Mahnı Müsabiqəsində “Ranina” layihəsinin qalibi Anastasiya Vasadze və “Ranina”nın iştirakçıları Oto Bazeraşvili və Nikoloz Xarati “Over The Sky” mahnısı ilə Gürcüstan adından çıxış edəcəklər.

Müğənnilərlə yanaşı, Avroviziya səhnəsinə daha iki rəqqas – Nita Jamaqidze və Barbara Kajaya çıxacaq.

Bu ilki Uşaq Avrofestivalını İspaniya açacaq və Niderland təmsilçisi bağlayacaq.

Ənənəvi olaraq, ictimai yayımçı sizlərə müsabiqənin canlı yayımını təqdim edəcək.

Noyabrın 24-ü saat 23:00-dan etibarən Junior Eurovision-un rəsmi saytında – vote.Junioreurovision.tv səsvermə başlayıb.