Gürcüstanı "Avroviziya 2023” mahnı müsabiqəsində təmsil edən İru Xeçanov yarımfinalda bu gün  çıxış edəcək
Gürcüstanı "Avroviziya 2023” mahnı müsabiqəsində təmsil edən İru Xeçanov yarımfinalda bu gün çıxış edəcək

Bu gün Gürcüstan təmsilçisi ilk dəfə “Avroviziya 2023” də çıxış edəcək.

Tbilisi vaxtı ilə saat 23:00-da Liverpulda ikinci yarımfinal mərhələsi başlayır, burada gürcü yarışmacı İru Xeçanov 11-ci nömrə altında səhnəyə çıxacaq.

Gürcüstan təmsilçisinin xüsusi dəstəyə ehtiyacı var. Mayın 13-də keçiriləcək finala ikinci yarımfinal mərhələsindən kimin vəsiqə qazanacağı bu gün məlum olacaq.

Bugünkü raundda iştirak edən ölkələrdə yaşayan gürcülər səs verə bilərlər.