“China Southern Airlines” aviaşirkəti sentyabrın 27-dən etibarən Tbilisi Beynəlxalq Hava Limanından Urumçiyə gündəlik uçuşlara başlayacaq. Məlumatı “Tav Georgia” yayıb.
Bu mərhələdə aviaşirkət həftədə üç dəfə Tbilisi-Urumçi-Tbilisi marşrutu üzrə uçuşlar həyata keçirir.
“China Southern Airlines” pandemiyanın yaratdığı üç illik fasilədən sonra 2023-cü ilin yanvarında Gürcüstanın hava bazarına qayıdıb.
Aviaşirkət “Boeing” təyyarələri ilə Tbilisi-Urumçi-Tbilisi marşrutu üzrə müntəzəm uçuşlar həyata keçirəcək.