Gürcüstandan ixrac olunmuş mandarinin dəyəri 11,2 milyon dolları, fındığın dəyəri isə 73,8 milyon dolları təşkil edib
Gürcüstandan ixrac olunmuş mandarinin dəyəri 11,2 milyon dolları, fındığın dəyəri isə 73,8 milyon dolları təşkil edib

 

Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2021-ci il sentyabrın 1-dən dekabrın 12-dək olan dövr ərzində Gürcüstandan 22,8 min ton mandarin ixrac edilib ki, onun da dəyəri 11,2 milyon ABŞ dolları təşkil edib.

Sözü gedən dövr ərzində mandarinin ixrac həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 49%, ixracın dəyəri isə 53% artıb.

Cari ildə istehsal olunmuş mandarinin Rusiyaya (15 447 ton), Ermənistana (4 225 ton), Ukraynaya (2 160 ton), Moldovaya (342 ton), Qazaxıstana (182 ton), Sloveniyaya (172 ton), Qırğızıstana (80 ton) Belarusa (80 ton) və digər ölkələrə (140 ton) ixracı həyata keçirilib.

Bununla yanaşı, bu ilin avqustun 1-dən dekabrın 12-də daxil olmaqla Gürcüstandan 16,1 min ton fındıq ixrac edilib ki, bunun da dəyəri 73,8 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən fındığın həcmi 4,0 min ton (33%), dəyəri isə 8,9 milyon ABŞ dolları (14%) artıb.

Gürcü fındığının ixracı əsasən Aİ bazarlarına – İtaliya (6590 ton), Almaniya (3124 ton), İspaniya (446 ton), Çexiya (445 ton), Polşa (337 ton), Litva (284 ton), Fransa (278 ton) , Bolqarıstan (132 ton), Yunanıstan (71 ton), Latviya (70 ton), Estoniya (60 ton), Belçika (41 ton), Macarıstan (22 ton), Xorvatiya (20 ton) həyata keçirilib.

Gürcü fındığı: Ermənistana (1076 ton), Çinə (780 ton), Ukraynaya (278 ton), Rusiyaya (358 ton), Əlcəzairə (241 ton), Səudiyyə Ərəbistanına (251 ton), Belarusa (208 ton), İraqa ( 168 ton), İsveçrəyə (151 ton), Meksikaya (120 ton), Kanadaya (95 ton), Azərbaycana (82 ton), Argentinaya (77 ton), Birləşmiş Ərəb Əmirliklərinə (61 ton), Qazaxıstana (45 ton), Türkiyəyə (44 ton), Özbəkistana (44 ton), Böyük Britaniyaya (22 ton), Qırğızıstana (22 ton), Tunisə (15 ton), İordaniyaya (14 ton) ixrac olunur.