Gürcüstandan ABŞ-a kibercinayətdə ittiham olunan Rusiya vətəndaşının ekstradasiyası həyata keçrildi
Gürcüstandan ABŞ-a kibercinayətdə ittiham olunan Rusiya vətəndaşı, Andrey Tiurinin ekstradasiyası həyata keçirildi. Bu barədə ABŞ Məxvi Xidməti tərəfindən yayılan bəyanatda deyilir.
Xidmətin məlumatına görə, müttəhimi Gürcüstan ərazisində yaxaladılar və Vaşinqtonun tələbi ilə, ABŞ-a təhvil verdilər.
ABŞ Məxvi Xidmətinin rəsmi vebsəhifsində dərc olunan sənədə görə, Rusiya vətəndaşı ABŞ-ın maliyyə strukturlarına, broker firmalarına kiberhücumda ittiham olunur.
İdarənin bəyanatında qeyd olunduğu kimi, Nyu Yorkun cənubi rayonunun prokuroru Cefri Berman Gürcüstanın Baş Prokurorluğuna və Ədliyyə Nazirliyinə əməkdaşlıq və yardıma görə, minnətdarlığını bildirdi.
Tiurini Nyu Yorka sentyabrın 7-də apardılar.