Gürcüstandaki münaqişələrin tənzimlənməsi BMT-nin 2018-ci ilin prioriteti olacaq
BMT-nin baş katibi Antonio Qutieresin dediyinə görə, BMT-nin 2018-ci ilin 12 əsas prioritetləri arasında Gürcüstandaki münaqişələrin tənzimlənməsi olacaq.
Bu bəyanatı Qutieres BMT-nin Baş Assambleyasından əvvəlki çıxışında verdi.
Onun dediyinə görə, Avropada “donmuş” münaqişələrə yol açan səbəblər aradan qaldırılmalıdır.
Qutieresin bəyanatına görə, Gürcüstan, Ukrayna, Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin tənzimlənməsi üçün “Avropada milliyətçilik dalğasının dayandırılması” və “vasitəçi təşəbbüslərin yaradılması” zəruridir və BMT bunun üçün əlindən gələni edəcək.
BMT-nin baş katibi Cenevrə disskussiyalarından və Minsk işçi qrupundan da bəhs etdi.
BMT-nin prioritetləri arasında Qutieres terorizmlə mübarizə, iqlim dəyişiklikləri və insan hüquqlarının qorunmasını adlandırdı.