Gürcüstanda zəlzələ baş verib, episentr Oni yaxınlığında qeydə alınıb
Gürcüstanda zəlzələ baş verib. Yeraltı təkanlar Oni yaxınlığında bir neçə dəqiqəlik fasilə ilə iki dəfə qeydə alınıb.
Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, ilk zəlzələ Tbilisi vaxtı ilə saat 17:44-də baş verib. Gücü 4,8 bal təşkil edib.
Tbilisi vaxtı ilə saat 17:50-də gücü 4,2 bal olan təkrarlanan təkanlar qeydə alınıb.