Gürcüstanda zəlzələ baş verib. Sarsıntılar Tbilisi vaxtı ilə saat 08:58-də qeydə alınıb.
Yer Elmləri İnstitutunun və Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri Tbilisidən 53 kilometr aralıda, Dmanisi şəhərindən doqquz kilometr cənub-şərqdə yerləşən Sakire kəndi olub.
İlkin məlumatlara görə, zəlzələnin gücü 4,1 bal olub.
Müəllif -
Mehemmed Bayramaliyev