Gürcüstanda 2019-cu ilin yanvarın 1-dən yığılan pensiya sistemi qüvvəyə mindi.
Yanvar ayında verilən maaşların iki faizi artıq pensiya fonduna köçürüləcək və vətəndaşların personal pensiya hesablarında görünəcək.
“Yığılan pensiya” sistemi vətəndaşlara işlədiyi illər ərzində yığdıqları məbləği ancaq təqaüdə çıxandan sonra almağa imkan verir.
40 yaşına qədər olan vətəndaşlar üçün yığılan pensiya sisteminə qoşulmaq məcburidir.
40 yaşından yuxarı olan vətəndaşlar üçün isə, sistemə qoşulmaq könüllüdür.
Məsələn 1000 larilik maaşdan kəsilən iki faiz 20 laridir və həmin məbləğ pensiya fonduna gedəcək. Həmin hesaba 20 lariyi hökümət, 20 lariyi isə, işlə təmin edən əlavə edəcək və pensiya hesabına ayda 60 lari daxil ediləcək.
Yığılan pensiya məbləğini vətəndaşlar ancaq pensiyaya çıxdıqdan sonra ala biləcəklər.