Gürcüstanda yerli özünüidarəetmə seçkilərinin ikinci turu keçirilir
Gürcüstanda yerli özünüidarəetmə seçkilərinin ikinci turu keçirilir.
İkinci tur paytaxtda və daha dörd özünü idarə edən şəhərdə – Rustavi, Kutaisi, Poti və Batumidə keçirilir. Özünü idarə edən bütün şəhərlərdə “Gürcü Arzusu” və “Milli Hərəkat”-ın merliyə namizədləri bir-birləri ilə mübarizə aparırlar:
Tbilisidə – Kaxa Kaladze (“Gürcü Arzusu”) və Nika Melia (“Milli Hərəkat”);
Rustavidə – Nino Latsabidze (“Gürcü Arzusu”) və Davit Kirkitadze ( “Milli Hərəkat”);
Kutaisidə – İoseb Xaxaleişvili (“Gürcü Arzusu”) və Xatia Dekanoidze (“Milli Hərəkat”);
Potidə – Beka Vaçaradze (“Gürcü Arzusu”) və Qiqi Uqulava (“Milli Hərəkat”);
Batumidə – Arçil Çikovani (“Gürcü Arzusu”) və Qiorqi Kirtadze (“Milli Hərəkat”);
Beş özünü idarə edən şəhərdən başqa, vətəndaşlar bu gün 15 munisipalitetdə- Telavi, Tianeti, Kareli, Xaşuri, Tsaqeri, Bağdati, Tsğaltubo, Ozurqeti, Senaki, Martvili, Xobi, Zuqdidi, Tsalencixa, Çxorotsğu və Xelvaçauridə mer seçirlər. Seçicilər birinci turda qalib gəlmək üçün 50% +1 səs toplaya bilməyən ən yaxşı nəticəyə malik iki namizəd arasında seçim edirlər. 15 munisipalitetdən 12-də “Milli Hərəkat” və “Gürcü Arzusu” partiyalarının namizədləri rəqibdirlər, üç munisipalitetdə isə hakim partiyanın namizədləri Qiorqi Qaxaria və Tamaz Mechiaurinin partiyalarının namizədləri, bir halda isə müstəqil namizədlə mübarizə aparırlar :
Telavidə – Qiorqi Botkoveli (“Milli Hərəkat”) və Levan Andriaşvili (“Gürcü Arzusu”);
Tianetidə – Tamaz Mechiauri (“Tamaz Mechiauri Vahid Gürcüstan Naminə “) və Levan Tsiklauri (“Gürcü Arzusu”);
Karelidə – Zaza Quliaşvili (“Gürcü Arzusu”) və Nikoloz Axalkatsi (“Milli Hərəkat”);
Xaşuridə – Tenqiz Çitiaşvili (“Gürcü Arzusu”) və İoseb Buadze (“Milli Hərəkat”);
Tsaqeridə – Qiorqi Nemsadze (“Gürcü Arzusu”) və Besarion Bendeliani (Qaxaria Gürcüstan Naminə”);
Bağdatidə – Kaxa Enukidze (“Gürcü Arzusu”) və Qiorqi Robakidze (“Milli Hərəkat”);
Tsğaltuboda – Qenadi Balançivadze (“Gürcü Arzusu”) və Zaza Metreveli (“Milli Hərəkat”);
Ozurqetidə – Avtandil Talakvadze (“Gürcü Arzusu”) və Konstantin Şaraşenidze (müstəqil namizəd);
Senakidə – Vaxtanq Qadeliya (“Gürcü Arzusu”) və Koba Nağopia (“Milli Hərəkat”);
Martvilidə – Tornike Canaşia (“Gürcü Arzusu”) və Teimuraz Canaşia (“Milli Hərəkat”);
Xobidə – Besik Şenqelia (“Milli Hərəkat”) və Davit Bukia (“Gürcü Arzusu”);
Zuqdididə – Anzor Melia (“Milli Hərəkat”) və Mamuka Tsotseria (“Gürcü Arzusu”);
Tsalencixada – Qiorqi Xarçilava (“Milli Hərəkat”) və Qoqa Qulordava (“Gürcü Arzusu”);
Çxorotsğuda – Badri Karçava (“Milli Hərəkat”) və Dato Qoqua (“Gürcü Arzusu”);
Xelvaçauridə – Mişa Bolkvadze (“Milli Hərəkat”) və Zaza Diasamidze (“Gürcü Arzusu”).
24 seçki dairəsində isə seçicilər birinci turda səslərin 40%-dən çoxunu toplaya bilməyən, yəni majoritarlıq üçün təyin edilmiş səddi keçə bilməyən majoritarlığa iki namizəd arasında seçim etməli olacaqlar.
Özünüidarəetmə seçkilərinin ikinci turu üçün ölkə miqyasında 1830 seçki məntəqəsi fəaliyyət göstərir, ümumilikdə seçicilərin sayı 2 088 722 -ni təşkil edir.
Seçkiləri müşahidə etmək üçün 100 yerli təşkilatdan 35 198, 52 beynəlxalq təşkilatdan 1 102 müşahidəçi qeydiyyatdan keçib; O cümlədən 119 mətbuat təşkilatının 3711 nümayəndəsi.
Oktyabrın 2-də yerli özünüidarəetmə seçkilərinin birinci turu keçirilib. “Gürcü Arzusu”-nun namizədləri 64 munisipalitetdən 44-də mer seçkilərində birinci turdaca qalib gəliblər.