Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçirilir
Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçirilir

 

Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçirilir. Vətəndaşlar paytaxtda və 63 munisipalitetdə mer seçirlər. Həmçinin, majoritarları seçərək və partiyalara səs verərək, seçicilər bütün ölkə miqyasında 64 sakrebulonun tərkibini formalaşdıracaqlar.

Bütün ölkə miqyasında (işğal olunmuş ərazilər istisna olmaqla), 3664 seçki məntəqəsi açılıb, penitensiar müəssisələrdə doqquz məntəqə açılıb və bütün ölkə miqyasında 70 xüsusi kovid məntəqə yaradılıb, burada təcrid və karantində olan şəxslər konstitusiya hüquqlarını həyata keçirə biləcəklər.

Vahid seçici siyahısında 3 milyon 497 345 Gürcüstan vətəndaşı var.

Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, 64 munisipalitetdə ümumilikdə 239 namizəd qeydiyyatdan keçib. Beş özünü idarəedən şəhərdə – Tbilisi, Rustavi, Kutaisi, Poti, Batumi – 40 namizəd mer postu uğrunda mübarizə aparır, onlardan 16-sı paytaxtda , digər dörd özünü idarəedən şəhərdə – 24 və özünü idarəedən icmalarda isə 199 merliyə namizəd qeydiyyatdan keçib.

Nümayəndəlik orqanlarına, sakrebulolara gəlincə , ölkə miqyasında 64 sakrebuloya daxil olmaq üçün müxtəlif partiya və ya təşəbbüskar qruplar tərəfindən irəli sürülən 2771 majoritarlığa namizəd qeydiyyatdan keçib. Ölkə miqyasında özünüidarəetmə seçkilərində 43 seçki subyekti iştirak edir.