"Gürcüstanda Yeni il günləri" bu gün başlayıb və yanvarın 13-ü də daxil olmaqla ölkənin 63 şəhərində davam edəcək
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin təşəbbüsü ilə başladılmış yeni il tədbirləri, “Gürcüstanda Yeni il günləri” bu gün başlayıb və yanvarın 13-ü də daxil olmaqla ölkənin 63 şəhərində davam edəcək.
Baş nazirin mətbuat xidmətinin məlumatında Bakurianidə bu il ilk dəfə tədbirlər keçiriləcəyi deyilir.
Verilmiş məlumatda bütün munisipalitetlərdə Milad bazarları, sərgi və satışlar, uşaq əyləncə məkanlarının təşkil olunacağı deyilir.
“Əraziyə taxtadan yeni il evləri, fotostendlər və qurğular yerləşdiriləcək. Həm yerli, həm də paytaxtdan dəvət olunmuş sənətçilərin konserti olacaq. Bu gün Bolnisi, Ninotsminda, Ozurqeti, Mestia və Kutaisidə Yeni il tədbirləri keçiriləcək. Yeni il proqramları saat 14:00-dan başlayacaq, günün sonunda isə bütün axşamlar konsert və bayram atəşfəşanlığı ilə başa çatacaq”-deyə məlumatda qeyd olunub.