Son bir neçə gündür Gürcüstanda yanacağın qiyməti 5-7 tetri ilə ucuzlaşdı.
Benzin və dizel qiymətlərini bütün neft şirkətləri endiriblər.
“Rompetrol” şəbəkəsində bir litr avro-requlyarın qiyməti 2.56-idi, bugün isə, 2.49-dur.
“Visol”-da 2.54-dən 2.49-a endi, “Lukoil” yanacaq doldurma stansiyalarında isə, avro-requlyarın qiyməti 2.36-dan 2.29-a düşüb.
Yanacaq qiymətinin düşməsi, beynəlxalq bazarda benzin və neft məhsullarının ucuzlaşması ilə bağlıdır.