Gürcüstanda soyuq hava dərəcəsi bir neçə gün davam edəcək.
Gürcüstanın bir neçə rayonunda və dağlarında bugün qar yağdı.
Növbəti günlərin proqnozuna gəlincə isə, sabah Qərb Gürcüstanda küləkli hava olacaq. Gün ərzində hava dərəcəsi +15, +20 qradus olacaq.
Şərq Gürcüstanda isə, yenə külək əsəcək və gün ərzində hava dərəcəsi +6, +11 qradus çərçivəsində olacaq.
Tbilisidə sabah əsasən buludlu hava olacaq. Havanın maksimal dərəcəsi +7 qradus olacaq.
Sinoptiklərin proqnozuna görə, hava temperaturu Gürcüstanda aprelin 3-dən yüksələcək.