Gürcüstanda son 24 saatda 83 nəfər koronavirusdan vəfat edib

10:56, 16.11.2021

Gürcüstanda son 24 saatda 83 nəfər koronavirusdan vəfat edib. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 11 140 nəfərdir.

Son 24 saat ərzində “Kovid-19”a yoluxanların sayı 5204 nəfər artıb, 4785 nəfər sağalıb.

Dünən, noyabrın 15-də Gürcüstanda 1820 nəfərdə koronavirus aşkarlanıb, 6017 nəfər sağalıb, 82 nəfər vəfat edib.

Oxşar