Gürcüstanda son 24 saatda 82 nəfər koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 82 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 82 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat Xəstəliklərə Nəzarət Milli Mərkəzinin saytında dərc olunub.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 11 057 nəfərdir.

Son 24 saat ərzində “Kovid-19”a 1820 nəfər yoluxdu, 6017 nəfər sağalıb.

Dünən, noyabrın 14-də Gürcüstanda 3700 koronavirusa yoluxma faktı aşkarlanıb, 5277 xəstə sağalıb, 81 nəfər vəfat edib.