Gürcüstanda son 24 saatda 78 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat Xəstəliklərə Nəzarət Milli Mərkəzinin saytında dərc olunub.
Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 10 894 nəfərdir.
Son 24 saat ərzində “Kovid-19”a yoluxanların sayı 4 565 nəfərə çatıb, 2 285 nəfər sağalıb.
Dünən, noyabrın 12-də Gürcüstanda 4445 nəfərdə koronavirus aşkarlanıb, 3508 nəfər sağalıb, 77 nəfər vəfat edib.