Gürcüstanda son 24 saatda 77 nəfər koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 77 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 77 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat Xəstəliklərə Nəzarət Milli Mərkəzinin saytında dərc olunub.

Ölkədə virusdan vəfat edənlərin  ümumi sayı 10 739 nəfərdir.

Son 24 saat ərzində “Kovid-19”a yoluxanların sayı 4563 nəfərə çatıb, 4744 nəfər sağalıb.

Dünən, noyabrın 10-da Gürcüstanda 5751 nəfərdə koronavirus aşkarlanıb, 3647 nəfər sağalıb, 78 nəfər vəfat edib.