Gürcüstanda son 24 saatda 77 nəfər koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 77 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 77 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında dərc edilib.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 11 289 nəfərdir.

Son 24 saat ərzində “COVİD-19”a yoluxanların sayı 4446 nəfərə çatıb, 5320 nəfər sağalıb.

Dünən, noyabrın 17-də Gürcüstanda 4732 nəfərdə koronavirus aşkarlanıb, 4812 nəfər sağalıb, 72 nəfər vəfat edib.