Gürcüstanda son 24 saatda 75 nəfər koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 75 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 75 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında dərc edilib.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 10 584 nəfərdir.

Son 24 saat ərzində Covid-19-a yoluxanların sayı 6021 nəfərə çatıb, 3792 nəfər sağalıb.

Dünən, noyabrın 8-də Gürcüstanda 2191 nəfərdə koronavirus aşkarlanıb, 4348 nəfər sağalıb, 74 nəfər vəfat edib.