Gürcüstanda son 24 saatda 74 nəfər koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 74 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 74 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında dərc olunub.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 10 509 nəfərdir.

Son 24 saatda Covid-19-a yoluxanların sayı 2191 nəfəri təşkil edib, 4348 nəfər sağalıb.

Dünən, noyabrın 7-də Gürcüstanda 4104 koronavirusa yoluxma faktı aşkarlanıb, 4627 xəstə sağalıb, 67 nəfər vəfat edib.