Gürcüstanda son 24 saatda 72 nəfər koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 72 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 72 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında dərc edilib.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 11 212 nəfərdir.

Son 24 saat ərzində “Kovid-19”a 4 732 nəfər yoluxub, 4812 nəfər sağalıb.

Dünən, noyabrın 16-da Gürcüstanda 5 204 nəfərdə koronavirus aşkarlanıb, 4785 nəfər sağalıb, 83 nəfər vəfat edib.