Gürcüstanda son 24 saatda 67 nəfər koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 67 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 67 nəfər koronavirusdan vəfat edib. Bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzi məlumat yayıb.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 10 435 nəfərdir.

Son 24 saat ərzində “Kovid-19”a yoluxanların sayı 4104 nəfərə çatıb, 4627 nəfər sağalıb.

Eyni zamanda, noyabrın 6-na Gürcüstanda 5240 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 2235 xəstə sağalıb, 68 nəfər vəfat edib.