Gürcüstanda son 24 saatda 67 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 67 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc olunub.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 14 009 nəfərdir.

Son 24 saat ərzində “Kovid-19”a yoluxanların sayı 3590 nəfərə çatıb, 1955 nəfər sağalıb.

Eyni zamanda, yanvarın 3-nə Gürcüstanda 943 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 2789 xəstə sağalıb, 37 nəfər vəfat edib.