Gürcüstanda son 24 saatda 64 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat Xəstəliklərə Nəzarət Milli Mərkəzinin saytında dərc olunub.
Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 11 679 nəfərdir.
Son 24 saatda Covid-19-a 3201 nəfər yoluxub, 4098 nəfər sağalıb.
Dünən, noyabrın 23-də Gürcüstanda 5085 nəfərdə koronavirus aşkarlanıb, 4428 nəfər sağalıb, 62 nəfər vəfat edib.