Gürcüstanda son 24 saatda 63 nəfər koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 63 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 63 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc olunub.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 11 352 nəfərdir.

Son 24 saat ərzində “Kovid-19”a yoluxanların sayı 4278 nəfərə çatıb, 4154 nəfər sağalıb.

Dünən, noyabrın 18-də Gürcüstanda 4446 nəfərdə koronavirus aşkarlanıb, 5320 xəstə sağalıb, 77 nəfər vəfat edib.