Gürcüstanda son 24 saatda 53 nəfər koronavirusdan həlak olub. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında dərc olunub.
Ölkədə virusdan vəfat olanların ümumi sayı 10 238 nəfərdir.
Son 24 saat ərzində “Kovid-19”a yoluxanların sayı 5206 nəfərə çatıb, 4648 nəfər sağalıb.
Dünən, noyabrın 3-də Gürcüstanda 6024 nəfərdə koronavirus aşkarlanıb, 3818 nəfər sağalıb, 49 nəfər dünyasını dəyişib.