Gürcüstanda son 24 saatda 49 nəfər koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 49 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 49 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc olunub.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 14 631 nəfərdir.

Son 24 saat ərzində “COVID-19”a yoluxanların sayı 8767 nəfərə çatıb, 5173 nəfər sağalıb.

Dünən, yanvarın 20-də Gürcüstanda 6351 nəfərdə koronavirus aşkarlanıb, 3043 nəfər sağalıb, 27 nəfər vəfat edib.