Gürcüstanda son 24 saatda 49 nəfər koronavirusdan dünyasını dəyişib
Gürcüstanda son 24 saatda 49 nəfər koronavirusdan dünyasını dəyişib. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında dərc olunub.
Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 10 185 nəfərdir.
Son 24 saat ərzində Covid-19-a yoluxanların sayı 6024 nəfərə çatıb, 3818 nəfər sağalıb.
Dünən, oktyabrın 2-də Gürcüstanda 5553 nəfərdə koronavirus aşkarlanıb, 4223 nəfər sağalıb, 47 nəfər vəfat edib.