Gürcüstanda son 24 saatda 47 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında dərc olunub.
Ölkədə virusdan ölənlərin ümumi sayı 10 136 nəfərdir.
Son 24 saat ərzində “Kovid-19”a yoluxanların sayı 5553 nəfərə çatıb, 4223 nəfər sağalıb.
Dünən, noyabrın 1-də Gürcüstanda 2141 koronavirusa yoluxma faktı aşkarlanıb, 5081 xəstə sağalıb, 44 nəfər vəfat edib.