Gürcüstanda son 24 saatda 46 nəfər koronavirusdan vəfat etdi

10:50, 25.10.2021

Gürcüstanda son 24 saatda 46 nəfər koronavirusdan vəfat etdi. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında dərc edilib.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 9788 -dir.

Son 24 saat ərzində “Kovid-19”a yoluxanların sayı 1942 nəfər artdı, 4650 nəfər sağalıb.

Dünən, oktyabrın 24-də Gürcüstanda 3436 nəfərdə koronavirus aşkarlanıb, 4483 nəfər sağalıb, 43 nəfər vəfat edib.

Oxşar