Gürcüstanda son 24 saatda 45 nəfər koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 45 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 45 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında dərc olunub.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 9918 nəfərdir.

Son 24 saat ərzində “Kovid-19” 4009 nəfərdə təsdiqləndi, 5177 nəfər sağaldı.

Dünən, oktyabrın 27-də Gürcüstanda 4337 nəfərdə koronavirus aşkarlanıb, 3137 nəfər sağalıb, 42 nəfər vəfat edib.