Gürcüstanda son 24 saatda 44 nəfər koronavirusdan vəfat etdi
Gürcüstanda son 24 saatda 44 nəfər koronavirusdan vəfat etdi

Gürcüstanda son 24 saatda 44 nəfər koronavirusdan vəfat etdi. Bu barədə məlumat Xəstəliklərə Nəzarət Milli Mərkəzinin saytında dərc olunub.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 10 089 nəfərdir.

Son 24 saat ərzində Covid-19-a yoluxanların sayı 2141 nəfərə çatıb, 5081 xəstə sağalıb.

Dünən, oktyabrın 31-də Gürcüstanda 3382 nəfərdə koronavirus aşkarlanıb, 3382 nəfər sağalıb, 42 nəfər vəfat edib.