Gürcüstanda son 24 saatda 43 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat Xəstəliklərə Nəzarət Milli Mərkəzinin saytında dərc olunub.
Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 9831 nəfərdir.
Son 24 saat ərzində “COVİD-19”a yoluxanların sayı 4762 nəfərə çatıb, 3953 nəfər sağalıb.
Dünən, oktyabrın 25-də Gürcüstanda 1942 nəfər koronavirusa yoluxub, 4650 nəfər sağalıb, 46 nəfər vəfa edib.