Gürcüstanda son 24 saatda 43 nəfər koronavirusdan dünyasını dəyişib. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında yayımlanıb.
Ölkədə virusdan dünyasını dəyənlərin ümumi sayı 14555 nəfərdir.
Son 24 saat ərzində Covid-19-a yoluxanların sayı 8728 nəfərə çatıb, 8545 xəstə sağalıb.
Dünən, yanvarın 18-də Gürcüstanda 7521 koronavirusa yoluxma faktı aşkarlanıb, 3160 xəstə sağalıb, 31 nəfər dünyasını dəyişib.