Gürcüstanda son 24 saatda 43 nəfər koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 43 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 43 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında dərc olunub.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 9961 nəfərdir.

Son 24 saatda Covid-19-a yoluxanların sayı 3965 nəfərə çatıb, 4627 nəfər sağalıb.

Dünən, oktyabrın 28-də Gürcüstanda 4009 nəfərdə koronavirus aşkarlanıb, 5177 nəfər sağalıb, 45 nəfər vəfat edib.